ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
sizinxeber.az xəbər saytı

ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir


Azərbaycan risklərin dəqiq bölgüsü və dövlətin iqtisadiyyatın inkişafında fəal iştirakı sayəsində iri infrastruktur və enerji layihələrinə İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir.

"Report" xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Bank Departamentinin baş direktoru vəzifəsini icra edən Məhəmməd Aşiq İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, tənzimləmənin şəffaflığı, layihə iştirakçıları arasında məsuliyyətin dəqiq bölgüsü və qərar qəbuletmə sürəti investorlar və kreditorlar üçün həlledici əhəmiyyət kəsb edir.

M. Aşiq qeyd edib ki, layihələrin strukturlaşdırılması zamanı əsas çətinlik maliyyə alətinin seçilməsində deyil, risklərin, iqtisadi modelin və investisiyaların uzunmüddətli dayanıqlığının ətraflı şəkildə qiymətləndirilməsindədir.

"Vaxt layihələrin əsas düşmənidir, çünki resursların, materialların və maliyyələşmənin dəyəri daim dəyişir", - o bildirib.

ICD nümayəndəsi vurğulayıb ki, İslam maliyyəsi real aktivlərə və uzunmüddətli iqtisadi dayanıqlığa əsaslandığı üçün xüsusilə energetika, su təchizatı, bərpa olunan enerji mənbələri, həmçinin nəqliyyat və kommunal infrastruktur sahələrindəki layihələr üçün effektivdir.

O, həmçinin başa çatmış infrastruktur layihələrinin yenidən maliyyələşdirilməsi və bazarlarda əlavə kapitalın cəlb edilməsi üçün İslam istiqrazları olan sukukdan istifadə potensialını qeyd edib.

Oxşar xəbərlər

ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb
Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Samer Elesavi: "Azərbaycan regional halal iqtisadiyyatının əsas oyunçusuna çevrilə bilər"
Nazir müavini: "Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər