Latviyada müdafiə xərclərinin qarşılanması üçün banklara vergi tətbiq ediləcək
sizinxeber.az xəbər saytı

Latviyada müdafiə xərclərinin qarşılanması üçün banklara vergi tətbiq ediləcək


Latviya hökuməti müdafiə xərclərini qarşılamaq üçün növbəti üç il ərzində maliyyə təşkilatlarının mənfəətinə əlavə verginin tətbiqini dəstəkləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Baltikyanı ölkənin Maliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Bu qanun milli təhlükəsizlik sahəsində dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün əlavə resurslar tapmağa kömək edəcək”, - Latviyanın maliyyə naziri Arvils Aşeradens deyib.

Bankların xalis faiz gəlirlərinə təsir edəcək yeni tədbirin 2025-ci ildə büdcəyə əlavə olaraq 93 milyon avro, növbəti iki ildə isə hər il 85 milyon avro cəlb edəcəyi gözlənilir. Eyni zamanda, kreditləşmənin həcmini artıran qurumlar vergi dərəcəsini aşağı sala biləcəklər.

“Bloomberg” əlavə edir ki, qanun layihəsini imzalanması üçün ölkə Prezidenti Edqars Rinkeviçsə təqdim olunmazdan əvvəl Latviya parlamenti tərəfindən təsdiq edilməlidir.

Xatırladaq ki, Latviyanın müdafiə naziri Andris Spruds iyunda ölkənin 2024-cü ildə müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artıracağını bildirmişdi.

Oxşar xəbərlər

Litvanın Müdafiə Nazirliyi infrastruktur layihələri üçün əlavə 7 milyon avro alacaq
Latviya Ukraynaya 500-dən çox dron göndərib
Finlandiya ilk dəfə NATO-ya üzvlük üçün vəsait ayıracaq
Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək
Fransa İnkişaf Agentliyi Ermənistana 75 milyon avro kredit ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle