Fransa İnkişaf Agentliyi Ermənistana 75 milyon avro kredit ayıracaq
Ermənistan hökuməti Fransa İnkişaf Agentliyi tərəfindən bu ölkəyə 75 milyon avro məbləğində kreditin ayrılmasını nəzərdə tutan sazişi təsdiqləyib.
“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hökumətin iclasında həmin layihəni təqdim edən maliyyə naziri Vahe Ovannisyan deyib.
“Proqram üç əsas komponentdən - dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət qiymətli kağızlarının emissiyası və idarə olunması üçün çərçivənin və pul bazarı infrastrukturunun gücləndirilməsi, biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin hazırlanması, ocümlədən, daha şəffaf idarəetmənin təmin edilməsindən ibarətdir”, – erməni nazir bildirib.
Onun sözlərinə görə, qeyd olunan komponentlər çərçivəsində büdcə planlaşdırılmasının səmərəliliyinin artırılması, risklərin idarə edilməsi, “yaşıl iqtisadiyyat” siyasətinin işlənib hazırlanması, “yaşıl maliyyə” alətlərindən istifadənin genişləndirilməsi və sair islahat istiqamətləri müəyyən edilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
