"Qarabağ" Bruno Lanqanı transfer edib
sizinxeber.az xəbər saytı

"Qarabağ" Bruno Lanqanı transfer edib


"Qarabağ" daha bir futbolçunun transferini reallaşdırıb.

"Sizinxeber.az" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın "Almeriya" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb.

Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, komandada 5 nömrəli formanı geyinəcək.

Lanqa bu ilin ilk yarısını icarə əsasında Portuqaliya təmsilçisi "Eştrela"da keçirib.

O, karyerası ərzində ölkəsində "Blek Bullz", "Maşakene", Portuqaliyada "Amora", "Vitoriya", "Şaveş", "Eştrela", Kiprdə "Pafos" və İspaniyada "Almeriya" klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Bruno Lanqa yay "transfer pəncərəsi"ndə "Qarabağ"ın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato Ağdam klubuna qoşulublar.

Oxşar xəbərlər

"Qarabağ" Samuel Lobato ilə müqavilə imzalayıb
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb 
"Ayaks" İngiltərə klubunun futbolçusunu transfer edib
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb 
"Qarabağ" yeni transferin anonsunu verdi: Tezliklə...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər