KİV: Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib
Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dörd bələdiyyədə nümayişləri qadağan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Martinika prefektinin şənbə günü dərc olunmuş bəyanatına istinadən məlumat yayıb.
Orada qeyd edilir ki, For de Frans, Le Lamenten, Dyuko və Le Rober bələdiyyələrində bazar ertəsinə (23 sentyabr) qədər bütün etiraz aksiyaları qadağandır.
“Bu tədbirin məqsədi toplantılar zamanı törədilən zorakılıq və vurulan ziyana, xüsusən həftəsonları bütün əhaliyə təsir edən hərəkət azadlığına və gündəlik həyata çoxsaylı maneələr yaradılmasına son qoymaqdır”, - məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, prefekt daha əvvəl For de Frans və Le Lamentenin bəzi hissələrində hərəkəti məhdudlaşdırmaq üçün gecə komendant saatı tətbiq edib və onun da müddəti bazar ertəsi başa çatacaq.
“Reuters”in məlumatına görə, qonşu Qvadelupa adasında da etiraz aksiyaları keçirilir. Orada Fransanın EDF enerji şirkətinin işçilərinin tətili bir həftə ərzində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Oxşar xəbərlər
ABŞ-nin iki ştatında ölümcül virus səbəbindən komendant saatı tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə iğtişaşlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin iki ştatında təhlükəli virusa görə komendant saatı tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq hökuməti rəsmi yazışmalarda PKK-nı "qadağan olunmuş təşkilat" kimi təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












