ABŞ-nin iki ştatında ölümcül virus səbəbindən komendant saatı tətbiq edilib
ABŞ-nin Vermont və Massaçusets ştatlarında şərqi at ensefaliti virusunun yayılması səbəbindən komendant saatı tətbiq olunub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, ağcaqanadların daşıdığı ölümcül xəstəliyə yoluxma riski səbəbindən axşam kütləvi tədbirlər ləğv edilib.
Virus Şimali, Mərkəzi və Cənubi Amerika və Karib dənizində rast gəlinən zoonotik ağcaqanad vektorlu Toqavirusun yaratdığı infeksiyadır. Şərqi at ensefaliti virusuna yoluxan insanlarda yüksək hərarət, qusma, ishal, əzələ ağrısı və titrəmə kimi əlamətlər müşahidə olunur.
Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin yüksək olduğu dövrdə axşam saat altıdan səhər saat altıya qədər küçəyə çıxmamağı tövsiyə edib.
Oxşar xəbərlər
ABŞ-nin iki ştatında təhlükəli virusa görə komendant saatı tətbiq edilib
Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyinə təsir edir
Ermənistanda onlarla insan Qərbi Nil virusuna yoluxub, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
