Nazir müavini: Azərbaycan Orta Dəhliz və nəqliyyat şəbəkəsini gücləndirmək üçün böyük infrastruktur layihələrini sürətləndirir
Azərbaycan Orta Dəhlizi və ümumilikdə nəqliyyat ekosisteminin dayanıqlığını gücləndirəcək böyük infrastruktur layihələrini sürətləndirir.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Vaşinqton Bəyannaməsi ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanaraq mühüm mərhələ olub, Zəngəzur dəhlizinin yaradılması istiqamətində vacib addım kimi qiymətləndirilmiş və onun regional nəqliyyat şəbəkələrinin ayrılmaz tərkib hissəsi kimi möhkəmlənməsinə xidmət edib:
"Bu istiqamətdə layihənin illik ötürmə qabiliyyəti 15 milyon ton həcmində nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Bakı Limanının ikinci mərhələ genişləndirilməsi layihəsini həyata keçirir. Bununla limanın yükdaşıma qabiliyyəti illik 25 milyon ton və 500 min TEU səviyyəsinə çatdırılır. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış aviasiya klasteri yaradılır, milli dəmir yolu şəbəkələri tam elektrikləşdirilərək modernləşdirilir, yeni yüksəkötürücülü avtomobil və dəmir yolu xətləri inşa edilir".
Nazir müavini vurğulayıb ki, bu infrastruktur təşəbbüsləri Orta Dəhliz boyunca beynəlxalq və institusional marağın artmasına səbəb olub: "Bu baxımdan İslam İnkişaf Bankı Qrupu və digər çoxtərəfli inkişaf institutlarının dayanıqlı əlaqəliliyin və regional inteqrasiyanın dəstəklənməsində rolunu yüksək qiymətləndiririk. Onların təcrübəsi, maliyyələşdirmə alətləri və özəl kapitalın səfərbər edilməsi qabiliyyəti strateji nəqliyyat layihələrinin maliyyələşdirilə bilən və kommersiya baxımından dayanıqlı investisiyalara çevrilməsi üçün mühüm əhəmiyyət daşıyacaqdır. Əminəm ki, bugünkü müzakirələr praktik həllərin müəyyən edilməsinə, tərəfdaşlıqların gücləndirilməsinə və daha əlaqəli və firavan region vizyonunun irəlilədilməsinə töhfə verəcək".
Oxşar xəbərlər
MCDF: Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyətini artırır
Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
Nazir müavini: Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq
Mikayıl Cabbarov: Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində formalaşır
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
