Dubay hava limanı sərnişinlərə xidmət üzrə yeni rekord müəyyənləşdirib
Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubayın Beynəlxalq Hava Limanı 2024-cü ilin ilk altı ayında 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə əmirliyin hava limanlarını idarə edən “Dubai Airports” şirkətinin press-relizində deyilir.
Qeyd olunur ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.
2024-cü ilin birinci yarısında Dubay Beynəlxalq Hava Limanı ən çox Hindistandan sərnişin qəbul edib - 6,1 milyon nəfər. Siyahıda ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir - müvafiq olaraq 3,7 milyon və 2,9 milyon nəfər. “Dubai Airports” ən yüksək sərnişin axını təmin edən ölkələr kimi Pakistanı (2,3 milyon), ABŞ (1,7 milyon), Rusiya (1,3 milyon) və Almaniyanı (1,3 milyon) göstərib.
Şirkətin press-relizinə əsasən, hesabat dövründə hava limanı 216 min reys qəbul edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 7,2 % çoxdur. Hava limanının xidmətlərindən istifadə etdiyi ən sıx ay yanvar ayı olub. Həmin ay 7,9 milyon sərnişin xidmətdən istifadə edib.
“Dubai Airports”un baş direktoru Pol Qriffitsin sözlərinə görə, 2024-cü il ərzində Dubay Beynəlxalq Hava Limanı 91,8 milyon sərnişini qəbul etməyi nəzərdə tutur. "İlin qalan hissəsi üçün çox nikbin proqnozumuz var. Yeni rekordlara doğru gedirik və 2024-cü ildə 91,8 milyon qonaq qəbul etməyi planlaşdırırıq", - o deyib.
Oxşar xəbərlər
Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana gələnlərin sayı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 58-ci aeroport istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












