Asiya İnkişaf Bankı Orta Dəhlizin inkişafına dəstək verməyə hazırdır
Orta Dəhlizin inkişafı sərhəd gecikmələrinin azaldılmasına, ticarət xərclərinin aşağı salınmasına və transsərhəd ödəniş tranzitinin asanlaşdırılmasına töhfə verməlidir.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) regional əməkdaşlıq və inteqrasiya şöbəsinin direktoru Jong Woo Kang Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, regiondakı müxtəlif maraqlı tərəflər arasında müxtəlif növ infrastruktur layihələri və yumşaq infrastruktur əlaqələri vasitəsilə mümkün nəticələrin nə qədərinin təmin edə biləcəyi müəyyən edilməlidir: "Bu mənada, əsas fəaliyyət göstəriciləri əvvəlcədən müəyyən edilməli, sonra isə irəliləyişin hər bir addımı əvvəlcədən hazırlanmış meyarlar əsasında ölçülməlidir. Bu yolla biz ölçə biləri ki, nə qədər irəliləyiş əldə etmişik, daha nələr edilməlidir və hansı növ xarici maliyyələşdirmə cəlb olunmalıdır".
"Yaşıl istiqraz"ların və dayanıqlılıq istiqrazlarının emissiyasına dəstək baxımından çoxlu təcrübə topladıqlarını xatırladan ADB rəsmisi bunu Orta Dəhlizlə bağlı da reallaşdıra biləcələrini düşünür: "Orta Dəhliz layihəsini dəstəkləmək üçün regiondakı müxtəlif maraqlı tərəflərlə daha sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm".
Oxşar xəbərlər
Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
MCDF: Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyətini artırır
Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
BADEA prezidenti: "KOM-lar hələ də öz sərhədləri daxilində məhdud qalır"
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
