sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ermənistana gələnlərin sayı azalıb
Cari ilin yanvar-iyun aylarında Ermənistanın iki hava limanında ("Zvartnots" və "Şirak") sərnişin axını 2 milyon 358 min 511 nəfər təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 43 269 nəfər azdır.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Qeyd olunan müddət ərzində "Zvartnots" hava limanında sərnişin axını 2 310 793 nəfər, "Şirak" hava limanında isə 47 718 nəfər təşkil edib.
Ermənistanın iki hava limanında sərnişin axını 2023-cü ilin birinci yarısında 2 milyon 401 min 780 nəfər, 2022-ci ilin eyni dövründə 1 milyon 356 min 368 nəfər, 2021-ci ilin yanvar-iyun aylarında isə 771 min 992 nəfər təşkil edib.
Oxşar xəbərlər
Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37 % artıb
Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub
DİN: Cari ilin üç ayında paytaxtda yol qəzalarında 33 nəfər ölüb
Azərbaycana turist axını 31% artıb
Azərbaycandan turist axını 26 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













