Əraqçi ABŞ-la yekun razılaşma üzrə danışıqların iyunun 19-da başlayacağını bildirib
sizinxeber.az xəbər saytı

Əraqçi ABŞ-la yekun razılaşma üzrə danışıqların iyunun 19-da başlayacağını bildirib


Cümə günü İran və ABŞ arasında yekun sazişə nail olunması üçün yeni danışıqlar mərhələsi başlayacaq

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda akkreditə olunmuş səfirlərin, müvəqqəti işlər vəkillərinin, xarici və beynəlxalq nümayəndəlik rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə deyib.

Əraqçi xarici siyasətdəki son proseslər, o cümlədən İran və ABŞ arasında müharibənin başa çatdırılmasına dair İslamabad memorandumunun detalları barədə məlumat verib.

XİN rəhbəri bildirib ki, cümə günü İran və ABŞ arasında yekun sazişə nail olunması məqsədilə yeni danışıqlar mərhələsi başlanacaq.

O qeyd edib ki, üç ay davam edən danışıqlardan sonra tərəflər birinci mərhələni yekunlaşdıra biliblər.

Əraqçinin sözlərinə görə, birinci mərhələnin ən mühüm nəticəsi müharibənin başa çatdığının elan edilməsidir:

“Qəbul etdiyimiz qərara əsasən, Tehran vaxtı ilə bazar ertəsi səhər razılaşma yekunlaşdıqdan sonra müharibənin başa çatdığı elan olundu. Lakin memorandumun rəsmi qüvvəyə minməsi cümə günündən etibarən baş tutacaq”.

Əraqçi əlavə edib ki, müharibənin başa çatması Livanı da əhatə edəcək.

Həmçinin, rəsmi Tehranın memorandumun tərəfləri kimi bir tərəfdə ABŞ və İsraili, digər tərəfdə isə İran və Hizbullahı gördüyü vurğulanıb.

Əraqçi Livanda müharibənin başa çatması ümumi müharibənin dayandırılmasının ayrılmaz hissəsi hesab edildiyini deyib.

“Müharibənin sonlanması işğalın bitməsini da ehtiva edir və İsrail qüvvələri işğal etdikləri ərazilərdən geri çəkilməyənədək müharibə tam başa çatmış hesab edilə bilməz

İranın xarici işlər naziri bəyan edib ki, bundan sonra İsrailin Livana qarşı həyata keçirəcəyi istənilən hərbi əməliyyat və Livan ərazilərinin işğalının davam etdirilməsi Tehran tərəfindən memorandumun pozulması kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
İran XİN: Tehran Livan xalqının müqavimət hüququnu dəstəkləyir
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
İran XIN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər