Dünya çempionatı: İran və Yeni Zelandiya oyununda qalib müəyyənləşməyib
sizinxeber.az xəbər saytı

Dünya çempionatı: İran və Yeni Zelandiya oyununda qalib müəyyənləşməyib


ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.

"Sizinxeber.az" xəbər verir ki, Okeaniya dövləti oyunda ilkin qola imza atıb.

Belə ki, Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran futbolçusu Ramin Rezayan hesabı bərabərləşdirib.

Lakin ikinci hissədə Elayja Cast dubla imza atsa da, Məhəmməd Muhibbi qolun əvəzini 64-cü dəqiqədə çıxıb. Gərgin keçən matçda hesab dəyişməyib.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika Misirlə (1:1) bərabərə qalıb.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

İran və Yeni Zelandiya oyununun ən yaxşısı müəyyənləşib
DÇ-2026: Belçika - Misir oyununda qalib müəyyənləşməyib- YENİLƏNİB-5
DÇ-2026: İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq
DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib - YENİLƏNİB-5
DÇ-2026: Uruqvay Səudiyyə Ərəbistanı ilə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİR-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər