Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
sizinxeber.az xəbər saytı

Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib


İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Binyamin Netanyahunun iranlıları su və elektrik enerjisinin kəsilməsi fonunda öz hökumətlərinə etiraz etməyə çağırmasını pisləyib.

Bu barədə “Sizinxeber.az” Pezeşkianın “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

“Qəzza sakinlərini sudan və yeməkdən məhrum edən rejim İran xalqına su gətirmək istəyir? İllüziyaya baxın!”, - İran Prezidenti yazıb.

Qeyd edək ki, İranda isti havalar zamanı davam edən su və elektrik kəsintiləri fonunda dünən Netanyahunun videomüraciəti yayımlanıb. O, həmçinin texnologiya və təcrübənin ötürülməsi üçün İsrailin su mütəxəssislərini Tehrana göndərməyi də təklif edib.

Oxşar xəbərlər

Netanyahu İran xalqına müraciət edib: Mən sizinləyəm!
İsrailin Baş naziri Netanyahunun iqamətgahına raketlər atılıb
İran Prezidenti: Biz müharibə istəmirik
İran Prezidenti xalqa müraciət edəcək
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər