Danimarkada müharibə vəziyyətində 180 min hərbçidən ibarət ehtiyat qoşunun yaradılmağı təklif olunur
sizinxeber.az xəbər saytı

Danimarkada müharibə vəziyyətində 180 min hərbçidən ibarət ehtiyat qoşunun yaradılmağı təklif olunur


Danimarkanın baş komandanı Mikael Huldqor müharibə vəziyyətində 180 000 nəfərə qədər ehtiyatda olan hərbçinin çağırılmasına imkan verəcək yeni səfərbərlik kontigenti yaratmağı təklif edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Danimarkanın DR teleradio şirkəti ölkənin Müdafiə Nazirliyinin məxfi sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, təşəbbüs yeni səfərbərlik ehtiyatı sistemi yaratmağı təklif edən Silahlı Qüvvələrin baş komandanı Mikael Huldqordun tövsiyələri ilə dəstəklənir.

Plana əsasən, ehtiyat hərbçilər iki hissəyə bölünəcək: hərbi xidməti başa vurduqdan sonra 10 il ərzində çağırışçılar əməliyyat ehtiyatında qalacaq, təlim və bacarıqların təkmilləşdirilməsi üçün yenidən çağırıla biləcəklər, bundan sonra onlar 65 yaşına çatana qədər uzunmüddətli ehtiyata keçiriləcəklər.

Danimarka Müdafiə Nazirliyinin hesablamalarına görə, yeni sistemin tətbiqi ilə ölkə 2040-cı ilə qədər təxminən 40 000 hərbi qulluqçudan ibarət ehtiyat kontingent yarada biləcək.

Oxşar xəbərlər

Danimarka Bornholm adasındakı hərbi mövcudluğunu gücləndirəcək
Danimarka Ukraynaya energetika sisteminin bərpası üçün 16 milyon avro ayırıb
Danimarka ərazisində ABŞ ordusuna geniş səlahiyyətlər verib
Danimarkanın Baş naziri: Müdafiə xərclərini artıracağıq
Danimarka 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər