İsrailin Baş naziri Netanyahunun iqamətgahına raketlər atılıb
sizinxeber.az xəbər saytı

İsrailin Baş naziri Netanyahunun iqamətgahına raketlər atılıb


İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki işıqlandırıcı raket düşüb.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti polisin və İsrailin Baş Təhlükəsizlik Qüvvələrinin (Şin Bet) məlumatlarına istinadən yazıb.

Qeyd olunub ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb:

“Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına atılan iki işıqlandırıcı raket evin həyətinə düşüb. Heç bir ziyan dəyməyib.Netanyahu və ailəsi həmin vaxt evdə olmayıblar”, - deyə məlumatda bildirilir.

Polis və Şin Bet hadisə ilə bağlı araşdırmaya başlayıb.

Oxşar xəbərlər

“Hizbullah” Netanyahunun iqamətgahına dronlarla hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Netanyahunun iqamətgahına hücuma cavab verəcəyini vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahunun evinə doğru iki səs bombası atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahunun ofisi İsrailin Fələstin dövlətinin tanınması ilə bağlı xəbəri təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Starmer Netanyahunun iqamətgahına edilən hücumdan narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər