Vaşinqtonda kimyəvi zavodda qəza 11 nəfərin ölümünə səbəb olub
ABŞ-nin Vaşinqton ştatında Lonqvyu şəhərindəki Nippon Dynawave Packaging müəssisəsində kimyəvi maddənin olduğu çənin partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə qüvvələri itkin düşmüş hesab edilən doqquz nəfərin hamısının meyitini aşkar edib.
Qəza mayın 26-da sellüloz-kağız zavodunda baş verib. Çəndə təxminən 900 min qallon və ya 3,4 milyon litr "ağ qələvi" adlanan kağız kütləsinin istehsalında istifadə olunan natrium hidroksid və natrium sulfid məhlulu olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, çirkləndirici maddələrin bir hissəsi Kolumbiya çayına düşüb. Bununla belə, Lonqvyu şəhərində hava və içməli suyun keyfiyyətinə mənfi təsir hələlik aşkar edilməyib.
Xatırladaq ki, "Nippon Dynawave Packaging" Yaponiyanın "Nippon Paper Industries" şirkətinin törəmə strukturudur.
Oxşar xəbərlər
ABŞ-də kağız fabrikində partlayış baş verib, ölən və yaralananlar var
ABŞ-da kağız fabrikində baş verən qəzada ölənlərin sayı 11 nəfərə çatıb
ABŞ-də kimyəvi çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkarlanıb
Hindistanda partlayışdan sonra ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB
Hindistanda kimyəvi zavodda baş verən partlayışda 34 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
