ABŞ-da kağız fabrikində baş verən qəzada ölənlərin sayı 11 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

ABŞ-da kağız fabrikində baş verən qəzada ölənlərin sayı 11 nəfərə çatıb


ABŞ-ın Vaşinqton ştatında yerləşən kağız fabrikində baş verən kimyəvi qəza nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Reuters-in məlumatına görə, rəsmilər itkin düşən şəxslərin hamısının cəsədinin tapıldığını açıqlayıb. Hadisə Nippon Dynawave Packaging müəssisəsində böyük kimyəvi çənin dağılması nəticəsində baş verib.

Məlumata görə, müəssisədə kağız istehsalında istifadə olunan “white liquor” (natrium sulfid) adlı kimyəvi məhlul saxlanılan təxminən 3,4 milyon litrlik çən dağılıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. ABŞ rəsmiləri bunu Vaşinqton ştatının müasir tarixində ən ağır sənaye faciələrindən biri adlandırır.

Oxşar xəbərlər

ABŞ-də kağız fabrikində partlayış baş verib, ölən və yaralananlar var
Hindistanda kimyəvi zavodda baş verən partlayışda 34 nəfər ölüb
Efiopiyada yol qəzasında ölənlərin sayı 71-ə çatıb - YENİLƏNİB
Xaçmazda ağır qəza nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB 2
İrandakı partlayışda ölənlərin sayı 70 nəfərə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər