Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb


Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.

Sizinxeber.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb.

Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər

Bakıda evdən 17 min manatlıq oğurluq edilib
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
Bakıda oğurluq edən 4 nəfər saxlanılıb
Paytaxtda oğurluq edən 3 nəfər saxlanılıb
Sumqayıtda evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər