Tramp: ABŞ-İran danışıqları yavaş templə gedir
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ-İran danışıqları yavaş templə gedir


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqlar yavaş templə gedir.

"Report"un məlumatına görə, Amerika lideri bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz istədiyimizə ləng nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu, uzun müddət çəkir", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, mümkün razılaşma üzrə danışıqlar zamanı Tehran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılıq verib.

"Onlar əvvəlcə nüvə silahı hazırlamayacaqlarını dedilər. Mən soruşdum ki, nüvə silahı alsanız necə olar?'", - o deyib.

Trampın sözlərinə görə, hazırkı razılaşma layihəsində İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi nəzərdə tutulur.

Amerika lideri vurğulayıb ki, bu, tərəflərin yanaşmasında əhəmiyyətli dəyişiklikdir. "Bu, böyük fərqdir", - o qeyd edib.

Tramp həmçinin əlavə edib ki, potensial sazişə razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılması da daxil ola bilər.

Oxşar xəbərlər

Tramp: İran nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb
Tramp: İranın nüvə silahı olmamalıdır
Tramp İranla razılığa gəlmək istəyini bəyan edib
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
ABŞ Prezidenti: İranın nüvə silahı olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər