AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
ABŞ-nin Silahlı Qüvvələri Amerikanın İran limanlarının blokadasını yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" (AP) vəziyyətlə tanış olan ABŞ rəsmisinə istinadən xəbər yayıb.
"Qambiya bayrağı altında üzən "Lian Star" gəmisi ABŞ hərbçilərinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb və İranın ərazi sularına girməsinə qadağa qoyulmasına baxmayaraq, limana girməyə cəhd edib. Gəmi Oman körfəzində ABŞ aviasiyası tərəfindən sıradan çıxarılıb və orada ilişib qalıb", - mənbə qeyd edib.
ABŞ hərbçiləri son əməliyyat zamanı blokadanı pozmağa çalışan altı gəmini dayandırıb. Onlardan birinə hərəkətə davam etməyə icazə verilib.
Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə hava hücumları təşkil edib. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.
Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz başa çatıb.
ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya aldığını elan edib. İran isə öz növbəsində Hörmüz boğazının Fars körfəzinə gedən gəmilər üçün bağlandığını elan etdi. Bölgədəki vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
ABŞ Oman körfəzində İran gəmisini ələ keçirib
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib
Gendelman: İsrail İrana zərbələr zamanı 200-dən çox raket qurğusunu sıradan çıxarıb
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
