"Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb
sizinxeber.az xəbər saytı

"Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

"Sizinxeber.az"un AFFA-nın saytına istinadən məlumatına görə, "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Neftçi"nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Oxşar xəbərlər

Mustafa Kamara Azərbaycan millisində
Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub
Azərbaycanın U-17 millisi Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək
Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib
Şahin İbrahimov zədəyə görə U-20 millisinin düşərgəsini tərk edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər