Yaponiya Çinin "yeni militarizm" ittihamlarını rədd edib
sizinxeber.az xəbər saytı

Yaponiya Çinin "yeni militarizm" ittihamlarını rədd edib


Yaponiya Çinin "yeni militarizm" ittihamlarını rədd edib və Pekinin hərbi potensialının sürətlə artırılmasından narahatlığını ifadə edib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Yaponiya müdafiə naziri Sindziro Koidzumi Sinqapurdakı "Shangri-La Dialogue" forumunda bəyan edib.

Onun sözlərinə görə, Çin müdafiə xərclərini yüksək səviyyədə artırmağa davam edir, eyni zamanda, Pekinin hərbi fəaliyyəti kifayət qədər şəffaf deyil.

"Nəhəng nüvə silahı arsenalına və strateji bombardmançılara malik olan bir ölkə var. Yaponiyada bunların heç biri yoxdur, lakin məhz Yaponiya "yeni militarizm" tərəfdarı adlandırılır", - Koidzumi deyib.

O vurğulayıb ki, Yaponiyanın müharibədən sonrakı tarixi onun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqliyini sübut edir.

Koidzumi həmçinin bəyan edib ki, Tokio ikitərəfli münasibətlərin kəskinləşməsinə baxmayaraq, Pekinlə dialoqa hazırdır. Nazir qeyd edib ki, Yaponiya regional çəkindirmə potensialını gücləndirməyi və Asiya-Sakit okean bölgəsində müdafiə avadanlığı sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Daha əvvəl Çinin Xarici İşlər Nazirliyi region ölkələrini Yaponiyanın hərbi fəaliyyətinə qarşı sayıq olmağa və müqavimət göstərməyə çağırıb.

Oxşar xəbərlər

Yaponiya Rusiya və Çinin yenidən hərbiləşmə ittihamlarını rədd edib
Yaponiya Hörmüz boğazında beynəlxalq missiya ilə bağlı danışıqlara qoşulacaq
Yaponiya Çin təyyarəsinin hava məkanını pozmasını təhlükəsizliyinə təhdid kimi qiymətləndirib
KİV: Tramp Yaponiya Baş naziri ilə görüşdə müdafiə xərclərinin artırılmasını tələb edəcək
Çinin Müdafiə Nazirliyi Yaponiyanın kəşfiyyat fəaliyyətinin aktivliyini elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər