Məhkəmə Kennedi Mərkəzinə Trampın adının əlavə olunmasını qadağan edib
Vaşinqton Federal Məhkəməsi ABŞ paytaxtının ən böyük teatr-konsert kompleksinin adının dəyişdirilməsinə qadağa qoyub, həmçinin onun genişmiqyaslı yenidənqurma proqramını bloklayıb.
"Report"un məlumatına görə, müvafiq qərarlar dairə federal hakimi Kristofer Kuper tərəfindən qəbul edilib.
Çıxarılan qərarlar birbaşa Con Kennedi adına İfaçılıq İncəsənəti Mərkəzinə aiddir. 2025-ci il dekabrın 18-dən etibarən bu müəssisənin adı rəsmi olaraq Con Kennedi və Donald Tramp adına İfaçılıq İncəsənəti Mərkəzi kimi dəyişdirilərək özündə iki ABŞ prezidentinin adını birləşdirmişdi. Fəaliyyəti federal hökumətin nəzarətində olan və Vaşinqtonda tez-tez "qeyri-rəsmi Mədəniyyət Nazirliyi" adlandırılan kompleksin iyul ayında təxminən iki il müddətinə təmir üçün bağlanması planlaşdırılırdı.
Bununla belə, ABŞ-nin bir neçə tarixi və memarlıq təşkilatı sözügedən planlarla bağlı mart ayında kompleksin idarəedicilər şurasına qarşı iddia qaldırıb. İddiaçılar müdafiə tərəfinin ABŞ Konqresinin icbari razılığını almadan və müəyyən edilmiş federal yoxlama prosedurlarını pozaraq hərəkət etdiyini irəli sürüblər. Ağ Ev isə bu cür iddiaları əsassız hesab edir.
"Məhkəmə müəyyən edib ki, idarəedicilər şurası Kennedi Mərkəzinə prezident Trampın adını müstəqil şəkildə verməklə öz səlahiyyətlərini aşıb. Kennedi Mərkəzinə bu ad konqres tərəfindən verilib və onu dəyişmək hüququ yalnız konqresə məxsusdur", - hakim Kuperin qərarında deyilir.
Sənəddə həmçinin mərkəzi administrasiya tərəfindən kompleksin binasına yerləşdirilmiş və Trampın adının çəkildiyi bütün yazıların iki həftə ərzində sökülməsi tələb olunur.
Oxşar xəbərlər
Kennedi Mərkəzi Melaniya Trampın şərəfinə adlandırıla bilər
Kiçik Robert Kennedi Trampın xeyrinə namizədliyini geri götürə bilər
ABŞ Federal Məhkəməsi Trampın idxala tətbiq etdiyi 10%-lik rüsumları qanunsuz hesab edib
Dmitri Medvedev: Tramp yeni Kennedi ola bilər
Kiçik Kennedi: Trampın faşizmdə ittiham edilməsi onun həyatına sui-qəsdə səbəb olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
"Fox News": FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
