Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
10:05
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 09:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Şəki sakini Amil Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticədə sürücü A. Əmiraslanov və sərnişin - 46 yaşlı Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildə sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü A. Əmiraslanov yanğınsöndürən xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var - VİDEO
FHN qəzaya düşən avtomobildəki sürücünü xilas edib - VİDEO
Sabunçuda yol qəzası olub, bir nəfər xəsarət alıb - VİDEO
FHN: Avtomobildə sıxılı qalan şəxs xilas edilib - VİDEO
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
-
Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
