Türkiyədə sərnişin avtobusu yanıb, biri uşaq olmaqla 8 nəfər ölüb  - FOTOLENT
sizinxeber.az xəbər saytı

Türkiyədə sərnişin avtobusu yanıb, biri uşaq olmaqla 8 nəfər ölüb - FOTOLENT


Türkiyənin Denizli vilayətində sərnişin avtobusunda yanğın baş verib.

CNN Türk-ün məlumatına görə, hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər ölüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata əsasən, avtobusda başlayan yanğın qısa müddətdə genişlənərək nəqliyyat vasitəsini tamamilə alov bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Türkiyə rəsmiləri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq başladıldığını açıqlayıb. Ölən və yaralananların şəxsiyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Oxşar xəbərlər

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Ankarada yanğın olub, biri uşaq olmaqla 3 nəfər ölüb, 20 nəfər zəhərlənib - FOTOLENT
Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
Türkiyədə sərnişin avtobusu qəza törədib, 6 nəfər ölüb
İstanbulda avtobus dərəyə aşıb, 3 nəfər ölüb, 15 yaralı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər