Britaniyanın yeni səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Britaniyanın yeni səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib


Böyük Britaniyanın yeni səfiri Duncan Norman Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, səfir bununla bağlı "X" hesabında videomüraciət yayıb.

“28 may 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, demokratik parlament respublikasını qurdu. Dünyanın böyük bir hissəsi hələ bu ideyaları mənimsəmədiyi bir vaxtda Azərbaycan Demokratik Respublikasında qadınların səs vermək hüququ tanındı. Parlament yaradıldı və müasir bir dövlət quruldu. Mən Azərbaycanda olduğum yolun hələ ən başındayam. Amma artıq bildiyim bir şey var ki, bu ölkənin tarixi qədim köklərə malikdir. Bu xalq bu tarixi qürurla daşıyır. Müstəqillik Günün mübarək, Azərbaycan! Bir kərə yüksələn bayraq bir daha enməz!”, - diplomat bildirib.

Oxşar xəbərlər

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib
Aİ Nümayəndəliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
İsrail səfirliyi: Azərbaycana davamlı rifah, güc və firavanlıq arzulayırıq
Səfirlik: Türkiyə Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər