Komitə rəhbəri: NATO çoxdan gözlənilən struktur dəyişikliyi yaşayır
sizinxeber.az xəbər saytı

Komitə rəhbəri: NATO çoxdan gözlənilən struktur dəyişikliyi yaşayır


NATO parçalanma deyil, çoxdan gözlənilən struktur dəyişikliyi yaşayır.

"Report"un məlumatına görə, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun kuluarlarında bildirib.

"İttifaq daxilində gördüyümüz şey parçalanma deyil, çoxdan gözlənilən, zəruri və nəticə etibarilə faydalı bir dəyişiklikdir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, söhbət üzv ölkələrin məsuliyyət bölgüsünə və yükün ədalətli və real bölgüsünə daha ciddi münasibətindən gedir.

O, Avropa dövlətlərinin müdafiə sahəsində daha çox məsuliyyət daşıdığını, hərbi potensiala investisiya qoyduğunu və öz təhlükəsizliklərini təmin etdiklərini vurğuladı.

Oxşar xəbərlər

NATO Hərbi Komitəsinin rəhbəri: “Alyans parçalanmır, dəyişir”
NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini bir daha təsdiqləyib
NATO Hərbi Komitəsinin iclasında Ukraynaya dəstək məsələsi müzakirə olunacaq
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
NATO-nun Hərbi Komitəsinin sədri: Alyansın planlarını həyata keçirmək üçün hazırkı resurslar kifayət etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər