"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
sizinxeber.az xəbər saytı

"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO


Sosial şəbəkələrdə "evdən çıxmadan pul qazan", "asan gəlir" tipli elanlar son vaxtlar geniş vüsət alıb.

Baku TV-nin məlumatına görə, ilk baxışda adi onlayn iş kimi görünən bu platformaların bəzilərinin gənc və yeniyetmə qızları əxlaqsızlığa sövq etdiyi iddia olunur.

Belə ki, "Sugo" adlı proqramda qeydiyyatdan keçdikdən dərhal sonra istifadəçiyə çoxsaylı mesajlar gəlməyə başlayır. İlk başda bunun avtomatik bot sistem olduğu düşünülsə də, sonradan qarşı tərəfin real insan olduğu anlaşılır. Bir müddət sonra proqram söhbəti davam etdirmək üçün istifadəçidən müəyyən məbləğ tələb edir.

Mövzu ilə bağlı danışan valideynlərdən biri qızının belə platformalardan birinə qoşulduğunu sonradan öyrəndiyini deyib:

"Qızıma "TikTok" üzərindən iş təklifi gəlib. Heç nədən xəbəri olmayan 13 yaşlı uşağı "Sugo" adlı proqrama qoşublar. Bir qrup yaradıblar, içində isə 26 azyaşlı qız olub. Onlara gecə saatlarından sonra kişilərlə yazışmaq tapşırılırdı. Uşaqlardan nömrə, şəkil istəyirlər, hətta əxlaqsız təkliflər də olunur".

Mütəxəssislər bildirirlər ki, şəxsi məlumatların paylaşılması, bank kartı və ya sosial şəbəkə hesablarının əlaqələndirilməsi ciddi təhlükələr yarada bilər. Onların sözlərinə görə, iri sosial şəbəkələr müəyyən audit və nəzarət mexanizmlərinə malik olsalar da, mənşəyi bilinməyən tətbiqlərin hansı ölkəyə və ya şirkətə aid olduğu əksər hallarda məlum olmur. Bu isə sonradan hüquqi məsuliyyət məsələsini çətinləşdirir. Qeyd edək ki, hazırda bu mövzu ətrafında polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə biri az yaşlı olmaqla 4 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur
"Şagirdlərimizin gələcəyi təhlükədədir"
Hər yerdə 15-20 manatdır, Bakıda isə 178 AZN
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər