Bessent: ABŞ Hörmüz boğazından keçidə görə ödəniş tətbiqinə imkan verməyəcək
sizinxeber.az xəbər saytı

Bessent: ABŞ Hörmüz boğazından keçidə görə ödəniş tətbiqinə imkan verməyəcək


ABŞ Maliyyə naziri Skott Bessent Hörmüz boğazından keçən gəmilər üçün ödəniş sisteminin yaradılması cəhdlərinin qarşısının alınacağını bildirib.

Sizinxeber.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“ABŞ hökuməti Hörmüz boğazından keçid üçün hər hansı ödəniş sisteminin tətbiqinə dözməyəcək”, – deyə Bessent vurğulayıb.

Nazirin sözlərinə görə, Oman da bilməlidir ki, ABŞ Maliyyə Nazirliyi boğazdan keçid üçün ödəniş tətbiqinə birbaşa və ya dolayısı ilə yardım edən tərəflərə qarşı sərt tədbirlər görəcək.

“Bu prosesdə iştirak edən tərəfdaşlar sanksiyalarla üzləşəcək”, – deyə o qeyd edib.

Oxşar xəbərlər

Skott Bessent: ABŞ-ın böyük həcmdə dövlət borcu narahatlıq doğurur
Bessent: ABŞ İran tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verir
AMB: Ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək
Bessent: ABŞ-ın reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm
İran gəmilərinə mane olmuruq - Bessent

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər