Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə edib
sizinxeber.az xəbər saytı

Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə edib


Londondakı Britaniya Muzeyində tualetlərdən birində şübhəli əşya aşkar edildikdən sonra 10 mindən çox insan təxliyə olunub.

"Report"un məlumatına görə, bu barədə "The Times" qəzeti muzeyin açıqlamasına istinadən xəbər verib.

"Britaniya muzeyi ziyarətçi tualetində şübhəli cihaz aşkarlandıqdan sonra ehtiyat tədbiri olaraq təxliyə edilib", - bəyanatda deyilir.

Nəşrin məlumatına görə, muzey eyni vaxtda hüquq-mühafizə orqanlarına ötürülən təhdid mesajları alıb.

Polis muzeydən 12-16 min insanı təxliyə edib. Hüquq-mühafizə orqanları daha sonra aşkar edilmiş əşyanın heç bir təhlükə yaratmadığını bildirib. Təhdidlərlə bağlı araşdırma davam edir.

Yoxlamadan sonra muzey ziyarətçilər üçün yenidən açılıb.

Qəzet qeyd edir ki, hadisə qədim İsrail haqqında mühazirənin təxirə salınmasından sonra muzeyə qarşı tənqidlər fonunda baş verib. Quruma yaxın mənbənin sözlərinə görə, təxirə salma qərarı təhlükəsizlik səbəbi ilə verilib.

Oxşar xəbərlər

Hamburqda gözyaşardıcı qazın tətbiqi nəticəsində 40-dan çox insan xəsarət alıb
Rusiyanın "Ermitaj" muzeyi təxliyə olunub
Tutanxamonun xəzinələrinin bir hissəsi yeni muzeyə köçürülüb
Böyük Britaniya yüzlərlə ağır xəstə uşaqları Qəzzadan təxliyə edir
İranın Londondakı səfirliyi yaxınlığında altı nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər