FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
sizinxeber.az xəbər saytı

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT


Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Suraxanı rayonu 104 nömrəli, Nərimanov rayonu 207 nömrəli və Binəqədi rayonu 298 nömrəli tam orta məktəblərində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər İstedad liseyində və Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində, Gəncə RM tərəfindən Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli tam orta məktəbində və Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakultəsində, Qarabağ RM tərəfindən Beyləqan rayon Kəbirli kənd Məmmdəyar Fərzəliyev adına 1 nömrəli və Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Ağdaş rayon Qəribli kəndi Nofəl Babayev adına tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qax rayonu Lekit Kötüklü kənd tam orta ümumi orta məktəbində, Şimal RM tərəfindən Quba rayonu Təngəaltı kənd tam orta məktəbində, Muğan RM tərəfindən Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
FHN orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə hallarla bağlı davranış qaydaları barədə tədbirlər keçirilib
Fövqəladə hallarla bağlı davranış qaydalarına dair silsilə tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər