Hakan Fidan Suriyadakı münaqişələrə qısa zamanda son qoymağa çağırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əş-Şibani ilə telefon danışığında Suriyanın işlərinə kənardan müdaxiləyə qısa zamanda son qoymağın və ölkədə sabitliyin təmin edilməsinin vacibliyini bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fidan İsrailin Suriyanın cənubuna və Dəməşqə zərbələr endirməsindən narahatlığını ifadə edərək, bu cür hərəkətlərin regional təhlükəsizliyi təhdid etdiyini və vəziyyətin nizamlanması səylərinə mane olduğunu vurğulayıb.
Daha sonra o, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla söhbətində də İsrailin hücumları ilə bağlı vəziyyəti müzakirə edib və onların dayandırılmasının vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan suriyalı həmkarı ilə terrora qarşı mübarizəni müzakirə edib
Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib
Fidan Rubio ilə Ukraynanı müzakirə edib
Hakan Fidan: Suriyanın yeni hakimiyyəti məsuliyyətini anlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













