Məcnun Məmmədov: "Dövlət Proqramı həyata keçirilərkən fermerlərin və sahibkarların fəal iştirakı vacibdir"
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi zamanı fermerlərin, sahibkarların və aidiyyəti qurumların fəal iştirakı vacibdir.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov "Aqrar Məşvərət Şurası" İctimai Birliyinin növbəti iclası zamanı bildirib.
M. Məmmədov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın artırılmasına və fermerlərin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, aqrar sektor nümayəndələri, sahibkarlar, ekspertlər və digər maraqlı tərəflər iştirak ediblər.
"Aqrar Məşvərət Şurası" İctimai Birliyinin sədri Niyazi Əmirbəyov ölkənin aqrar sektorunda həyata keçirilən islahatların və qəbul edilmiş yeni Dövlət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, proqram kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsalın və emal sənayesinin inkişafına, rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Proqramının hazırlanmasının əhəmiyyəti və aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Azərbaycan Prezidenti tərəfindən keçirilmiş müşavirədə səsləndirilən fikirlərə də toxunaraq qeyd edib ki, ölkənin aqrar sektoru mövcud potensialından tam istifadə etmir və bu potensialın reallaşdırılması üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Dövlət Proqramı ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mövcud vəziyyət, sektorun inkişafına təsir edən əsas çağırışlar, eləcə də Dövlət Proqramının hazırlanmasını zəruri edən amillər barədə məlumat verib. Həmçinin proqramın strateji çərçivəsi, əsas məqsəd və prioritetləri, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri və gözlənilən nəticələr iştirakçıların diqqətinə çatdırılıb.
Sonda Dövlət Proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və rəyləri dinlənilib.
Oxşar xəbərlər
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur"
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
Nazir: "Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
