Hakan Fidan: Suriyanın yeni hakimiyyəti məsuliyyətini anlayır
Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra məsuliyyətini anlayır.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "CNN Türk"-ə müsahibəsində deyib.
O bildirib ki, Suriya ilə bağlı rəsmi Ankaranın iki əsas məsələsi var: "Bunlardan biricinsi suriyalı qardaşlarımızın vəziyyətidir. İkincisi isə PKK-nın varlığına son qoyulmasıdır. Suriyaya səfərim zamanı bu məsələləri müzakirə etdik. Əhməd əş-Şəra rasional siyasətçidir. Ona ümidim var".
H.Fidan qeyd edib ki, Suriyanın adı bundan sonra da Suriya Ərəb Cümhuriyyəti olaraq qalacaq.
Nazirin sözlərinə görə, Suriya üçün bir nömrəli prioritet ən qısa zamanda həm xalqa xidmət edəcək, həm də beynəlxalq əlaqələri quracaq hökumətin qurulmasıdır: "Əsas məsələlərdən biri də ölkənin bərpasıdır. Ciddi addımların atılmasına ehtiyac var".
Oxşar xəbərlər
Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq
Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir
Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Hakan Fidan Suriyaya səfər etməyi planlaşdırdığını təsdiqləyib
Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












