Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib


Türkiyənin xarici işlər naziri Hakan Fidan latviyalı həmkarı Baiba Braze, Çexiya XİN rəhbəri Yan Lipavski, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd İshaq Dar, İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Joze Manuel Albares və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışıqlarında Suriyadakı hadisələri müzakirə edib.

"Sizinxeber.az" bu barədə "Habertürk"ə istinadən xəbər verir.

Söhbət zamanı Suriyanın ərazi bütövlüyü çərçivəsində sabitlik və sülhün bərqərar olmasının vacibliyi vurğulanıb.

Telefon danışıqlarında nizamlı keçid dövrü, Suriyanın xaosa düşməməsi və terror təşkilatlarının güclənməsinin qarşısını almaq üçün koordinasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Livandakı vəziyyəti də müzakirə ediblər və Suriyadakı proseslərin bu ölkəyə mənfi təsirinin qarşısının alınması barədə danışıblar.

Oxşar xəbərlər

Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan qətərli həmkarı ilə Suriya və Qəzzadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan fələstinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan yunanıstanlı həmkarı ilə Qafqazdakı durumu müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan türkmənistanlı həmkarı ilə regional məsələləri müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər