İsrail Ordusu son sutkada Qəzzada 150 hədəfə zərbələr endirib
sizinxeber.az xəbər saytı

İsrail Ordusu son sutkada Qəzzada 150 hədəfə zərbələr endirib


İsrailin Hərbi Hava Qüvvələri gün ərzində bütün Qəzza zolağına zərbələr endirməyə davam edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fələstin radikallarının hərbi birləşmələri ilə əlaqəli 150-dən çox hədəfə hücum edilib. Vurulan hədəflər arasında minalanmış strukturlar, silah anbarları, tank əleyhinə və snayper atəşi üçün mövqelər, digər hərbi infrastruktur obyektləri, eləcə də ayrı-ayrı silahlı radikallar olub.

Qeyd olunur ki, quru bölmələri gün ərzində anklavın şimalındakı Beyt Hanun şəhəri ərazisində aktiv döyüşlər aparıb, burada radikalları və onların hərbi infrastrukturunu məhv ediblər.

Döyüşlər zolağın cənubundakı Xan Yunis şəhəri yaxınlığında da aparılıb.

Oxşar xəbərlər

İsrail ordusu bir sutkada Qəzza zolağında 150 hədəfə yeni zərbələr endirib
İsrail Ordusu Qəzzada 130-a yaxın hədəfə hücum edib
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib
İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
İsrailin Hərbi Hava Qüvvələri Qəzzada 50-yə yaxın hədəfə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər