İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
sizinxeber.az xəbər saytı

İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib


İsrail Hərbi Hava Qüvvələri ötən gün ərzində Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə bir sıra yeni zərbələr endirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum edilən hədəflər arasında silah anbarları, raket qurğuları və digər hərbi infrastruktur obyektləri var idi.

"Hizbullah"ın silahlı tərəfdarlarının ayrı-ayrı dəstələrinə də zərbələr endirilib.

"İsrailin Müdafiə Ordusu “Hizbullah” terror infrastrukturuna hücum etməyə və Livandakı hərbi potensialını zəiflətməyə davam edəcək", - mətbuat xidməti bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oxşar xəbərlər

İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın 220 hədəfinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın Livandakı 290 hədəfinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər