TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir
sizinxeber.az xəbər saytı

TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir


Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafını prioritet hesab edirlər.

"Sizinxeber.az"un Türküstana ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.

"Kosmik fəaliyyət sahəsində əməkdaşlığın artan əhəmiyyətini qəbul edirik və onu texnoloji tərəfdaşlığın gücləndirilməsinə, elmi və kadr potensialının inkişafına, eləcə də TDT-yə üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş birgə təşəbbüslər vasitəsilə TDT-yə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biri kimi müəyyən edirik", - sənəddə bildirilib.

Bundan əlavə, sammit iştirakçıları "CubeSat-12U" nanopeykləri sinfindən olan elmi kosmik aparatın hazırlanması və yerüstü sınaqları üzrə TDT çərçivəsində davam edən birgə layihəni səmərəli çoxtərəfli əməkdaşlığın nümunəsi kimi qiymətləndirərək alqışlayıblar.

Oxşar xəbərlər

Daşkənddə Türk Elm və İnnovasiya Günləri keçiriləcək
TDT liderləri insana yönəlmiş və etik süni intellektin inkişafına çağırış ediblər
Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər
Azərbaycan TDT ölkələri ilə kosmik əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılmasını təklif edir
Azərbaycan Özbəkistanla kosmik təhsil sahəsində əməkdaşlığa başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər