AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
Kəndlər zamanla qəsəbəyə, qəsəbələr isə şəhərlərə çevrilir, bu da əhali sayında özünü göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Birgə Tədqiqat Mərkəzinin nümayəndəsi Levis Dijkstra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı müzakirədə deyib.
O Bakı haqqında təqdimatında şəhərdəki məskunlaşma prosesini göstərib.
L.Dijkstranın sözlərinə görə, şəhərin sərhədlərini dəyişməsi normal prosesdir: "Bu, coğrafi bir prosesə çevrilib. Bəzən iki şəhər birləşib bir şəhər olur, bəzən isə bir şəhər bölünərək iki və daha çox şəhər yarana bilər".
Qahirə əhalisinin 1975-ci ildən bu yana dəyişikliyinə də diqqət çəkən mütəxəssis şəhərin zamanla genişləndiyini slayd vasitəsilə nümayiş etdirib.
"Bu elə bir təəssürat yaradır ki, sanki şəhər canlıdır, o doğulur, böyüyür, yaxud da əksi, yox olur. Şəhərin zamanla böyüməsinə çox adi bir nümunə; 1975-ci ildə Cakarta şəhərində 10 nəfər adam yaşayıb. Amma bu gün? Məncə, sualın cavabı aydındır", - o vurğulayıb.
Levis Dijkstra son onillikdə şəhərlərdə əhali sıxlığının ya artdığını, ya da olduğu kimi qaldığını deyərək çıxışını yekunlaşdırıb.
Oxşar xəbərlər
BMT rəsmisi: Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
Afrika İttifaqının nümayəndəsi WUF13-də qitənin nazirlər görüşünün qlobal əhəmiyyətini vurğulayıb
BMT: Azərbaycan WUF13-də dialoq üçün məkan yaratmaqla dünyaya nümunə olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
