Ankarada Azərbaycan dilindən imtahan keçirildi
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Gazi Universitetində təşkil olunan Azərbaycan Türkçəsi Tədris Ocağında Dil kursunda təhsil alan müdavimlər üçün semestrin yekun imtahanları keçirilib.
Axar.az xəbər verir ki, şifahi imtahanın qiymətləndirmə komissiyasının tərkibində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Qazi Universitetinin Türk Dünyası Araşdırmaları və Tətbiqi Mərkəzinin müdiri, professor Bülənt Aksoy və kursun təlimçisi, dr. Şəhla İbişova iştirak ediblər.
Şifahi imtahan öncəsi Azərbaycan dili kursunun təlimçisi, dr. Şəhla İbişova kursların fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, bu tədris dövründə kurslarda əsasən Türkiyə vətəndaşları iştirak etsələr də, Qazaxıstan, Şimali Makedoniya və Özbəkistandan olan tələbələr də Azərbaycan dilini öyrənib, Türkiyədə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr Azərbaycan dilinin başlanğıc səviyyəsi üzrə proqramı uğurla tamamlayıblar.
Qeyd olunub ki, dərslər çərçivəsində yalnız Azərbaycan dilinin qrammatikası tədris edilməyib, eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və ümumi mədəni irsi ilə bağlı mövzulara da geniş yer ayrılıb.
Həm yazılı, həm də şifahi imtahanlardan müvafiq nəticə əldə edən müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi ilə Qazi Universitetinin birgə əməkdaşlığı çərçivəsində rəsmi sertifikatların təqdim olunacağı bildirilib.
Qeyd edək ki, kurs iştirakçıları əvvəlcə yazılı imtahanda iştirak ediblər. İmtahan zamanı onların qrammatika, oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqları yoxlanılıb. Yazılı mərhələni uğurla başa vuran müdavimlər daha sonra şifahi imtahana cəlb olunublar.
Oxşar xəbərlər
Rusiyaya iş dalınca gedən miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaq
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
Azərbaycanda 200 tələbə vəfat edib
Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
