Fransada nüvə silahlarının hazırlanmasına cavabdeh qurumun əməkdaşları tətil elan ediblər
Fransanın nüvə proqramının yaradılmasından bəri ilk dəfə olaraq Hərbi Tədqiqatlar İdarəsinin (DAM) əməkdaşları tətil elan ediblər.
Bu barədə "Le Canard enchaine" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Atom Enerjisi və Alternativ Enerji Komissarlığının tərkibində fəaliyyət göstərən bu qurum Fransanın strateji silahları üçün nüvə başlıqlarının hazırlanmasına və istehsalına cavabdehdir.
Təxminən 5 min əməkdaşı olan idarənin işçiləri maaşların aşağı olmasından narazıdır. Qəzetin məlumatına görə, onların əməkhaqları son 17 ildə indeksləşdirilməyib.
Nəticədə, 2009-cu ildən bu yana əməkdaşların alıcılıq qabiliyyəti təxminən 30 faiz azalıb.
Nəşr bunu Prezident Emmanuel Makron üçün çətin vəziyyət kimi qiymətləndirir. Çünki o, martın 2-də Brest limanındakı Lonq adasında çıxış edərək Fransanın nüvə çəkindirmə potensialının əhəmiyyətini xüsusi vurğulamışdı.
Oxşar xəbərlər
Tətillər Fransanın enerji təchizatını pozub
Yeni Kaledoniya dövləti yaradılır
Emmanuel Makron Azərbaycan Prezidenti ilə görüşüb
Fransada Makrona qarşı etiraz aksiyası keçirilir
KİV: Fransanın Baş naziri istefasını təqdim etmək üçün Makronla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
