Aİ: Azərbaycan yeni əlaqələndirmə strategiyamızın ən mühüm tərəfdaşlarındandır
Azərbaycan yeni əlaqələndirmə strategiyamızın ən mühüm tərəfdaşlarındandır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən panel sessiyada Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi yenidən beynəlxalq gündəliyin əsas prioritetlərindən birinə çevrilib və Avropa İttifaqı tərəfdaş ölkələrlə daimi enerji dialoqunu davam etdirir.
Kristina Lobillo Borrero qeyd edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ilə yeni əlaqələndirmə (connectivity) strategiyası üzərində işləyir. Bu strategiya yalnız enerji sektorunu deyil, ticarət, investisiya və digər istiqamətləri də əhatə edir.
“Bu strategiyada Azərbaycan Avropa İttifaqının ən mühüm tərəfdaşlarından biridir”, - o vurğulayıb.
Aİ rəsmisi bildirib ki, qurum tərəfdaş ölkələrlə enerji ticarətinin inkişafı, tənzimləyici çərçivələrin uyğunlaşdırılması və enerji keçidi sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji keçidində əsas diqqəti elektrikləşməyə və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldir. Bununla yanaşı, hər bir ölkənin enerji keçidini öz prioritetlərinə uyğun şəkildə həyata keçirmək hüququna malik olduğu qeyd olunub.
Kristina Lobillo Borrero əlavə edib ki, enerji təhlükəsizliyi, təchizatın etibarlılığı və dekarbonizasiya məsələləri Aİ-nin beynəlxalq tərəfdaşlıqlarında əsas istiqamətlərdən biri olaraq qalır.
Oxşar xəbərlər
Kristina Lobillo Borrero Azərbaycanda səfərdədir
Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
Aİ rəsmisi: Azərbaycan bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaşdır
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Misir qaz tədarükünə görə Azərbaycana təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
