“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edib
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkətin əməkdaşları “Ümid yeri” uşaq sığınacağının sakinlərini ziyarət ediblər. “Sizinlə birlikdə” layihəsi çərçivəsində həyata keçirilən görüşdə uşaqlar üçün musiqili-əyləncəli proqram, interaktiv oyunlar təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.
Layihə uşaqlara sevinc bəxş etməklə yanaşı, sosial həmrəyliyin və birlik dəyərlərinin təşviq olunması məqsədilə təşkil olunub. Layihənin əsas məqsədi uşaqlara sevinc dolu anlar yaşatmaq, onlarla xoş vaxt keçirmək, sosial həmrəyliyi gücləndirmək və birlikdə unudulmaz xatirələr yaratmaqdır.
“Araz” supermarketlər şəbəkəsi fəaliyyət göstərdiyi müddət ərzində sosial məsuliyyət layihələrinə xüsusi önəm verib və cəmiyyətin müxtəlif həssas qruplarına dəstək göstərməyə davam edir.
Oxşar xəbərlər
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
“Araz” supermarketlər şəbəkəsi qadınlar üçün master-klaslara start verib
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır
“Araz” supermarketlər şəbəkəsinin keçirdiyi “Tullantıdan yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
ABŞ İrana zərbələr endirdi
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
