Uşakov: Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb
sizinxeber.az xəbər saytı

Uşakov: Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb


Rusiya Prezidenti Vladimir Putindən ABŞ Prezidenti Donald Trampa heç bir mesaj çatdırılmayıb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb, Rusiya Kiyevə endirilən zərbələrlə bağlı ABŞ-a "müvafiq kanallar vasitəsilə" tövsiyə verib.

Kreml rəsmisi Moskvanın tövsiyəsinə, Kiyevi tərk etmək xəbərdarlığına Vaşinqton tərəfindən hələlik cavab olmadığını deyib.

Uşakov Avropada Rusiya ilə danışıqlar aparacaq namizədlər barədə müzakirələrə də münasibət bildirib:

"Rusiyanın avropalılarla müzakirə edəcəyi çox şey var. Nə edək? Qoy namizədi seçsinlər".

Oxşar xəbərlər

Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
Putin Bəşər Əsədlə görüşməyi planlaşdırır
Kreml: Putin "Qələbə günü"nə qədər atəşkəs elan etməyə hazırdır
Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun
Kreml: Putin Trampa Moskvanın Kiyevin son hücumlarına cavab verəcəyini söyləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər