Azərbaycan-Misir enerji əməkdaşlığının inkişafı müzakirə edilib
“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi arasında görüş keçirilib.
"APA-Economics" xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb. Azərbaycanın son illərdə Misirlə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyi qeyd olunub. Bu kontekstdə iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış elektrik və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də bu ilin martında SOCAR və EGPC arasında neft, neft məhsulları və LNG ticarəti, habelə hasilat, kəşfiyyat, emal və insan kapitalının inkişafı sahələrini əhatə edən Çərçivə Sazişinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, 2023-cü ildən indiyə qədər “SOCAR Trading” Misir istiqamətinə 1,3 milyon tondan çox LNG təchiz edib.
Görüşdə, həmçinin elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlıq çərçivəsində 200 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Söhbət zamanı İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Keniya energetika sahəsində sənəd imzalayıb
Karim Badavi: "Misir enerji sahəsində Xəzər və Avropa arasında əlaqələndirici həlqə olmağa hazırdır"
Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması müzakirə edilib
BP “Babək” layihəsinə maraq göstərir
Misir qaz tədarükünə görə Azərbaycana təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
