İsrail HAMAS-ın hərbi qanadının yeni rəhbərinə zərbə endirib
sizinxeber.az xəbər saytı

İsrail HAMAS-ın hərbi qanadının yeni rəhbərinə zərbə endirib


İsrail ordusu Qəzza şəhərində HAMAS-ın hərbi qanadının yeni rəhbəri Məhəmməd Odaya zərbə endirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

Onun sözlərinə görə, Oda təxminən bir həftə əvvəl HAMAS-ın hərbi qanadının rəhbəri təyin olunub.

Baş nazir bildirib ki, o, 7 oktyabr hücumlarının təşkilatçılarından biri olub və çoxsaylı israillinin öldürülməsi, yaralanması və girov götürülməsinə görə məsuliyyət daşıyır.

İsrail Baş nazirinin ofisinin məlumatına əsasən, Oda əvvəllər HAMAS-ın kəşfiyyat rəhbəri vəzifəsində çalışıb.

Oxşar xəbərlər

İsrail HAMAS-ın hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib
HAMAS-ın hərbi qanadının rəhbəri öldürülüb
İsrail HAMAS-ın hərbi qanadının rəhbərini öldürmək məqsədilə Qəzzaya hücum edib
Netanyahu İsrailin HAMAS liderini məhv etdiyini açıqlayıb
HAMAS İsraildən FƏTH-in hərbi qanadının liderinin azad olunmasını tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər