Azərbaycan və Tatarıstan Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Tatarıstan Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər


Azərbaycan və Tatarıstan (Rusiya) arasında Sənaye Parkı layihəsinin reallaşdırılması müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşmək xoş oldu. Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsini və işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsini qeyd etdik. Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi və Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə müzakirələrimiz oldu", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib
Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
Mikayıl Cabbarov: "Pakistanla investisiya, sənaye və enerji əməkdaşlığının perspektivləri müzakirə edilib"
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər