SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb
sizinxeber.az xəbər saytı

SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb


Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının inkişafı, tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Bu barədə "Sizinxeber.az"un Balkan bürosuna Serbiyanın "Elektroprivreda" şirkətindən məlumat veriblər.

Bildirilib ki, sənədi EPS şirkətinin baş direktoru Duşan Jivkoviç və SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində imzalayıblar.

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç bildirib ki, iki şirkət arasında bu sənədin imzalanması Serbiyanın enerji təhlükəsizliyini əlavə olaraq möhkəmləndirəcək, enerji mənbələrinin diversifikasiyasına və yaşıl keçidə töhfə verəcək layihənin həyata keçirilməsində mühüm addımdır: "Məqsəd 2030-cu ildə quraşdırılmış gücü 500 MVt-a qədər olan yeni baza enerjisi istehsal gücünün şəbəkədə olmasıdır".

O vurğulayıb ki, SOCAR ilə əməkdaşlıq Serbiya və Azərbaycanın energetika sahəsində güclü tərəfdaşlığını təsdiqləyir və qarşılıqlı əhəmiyyət daşıyan yeni birgə layihələr üçün imkanlar açır.

Nazir vurğulayıb ki, bu layihə ilə EPS öz istehsal portfelinin transformasiyasını davam etdirir və vətəndaşların, iqtisadiyyatın elektrik enerjisi ilə sabit və etibarlı təchizatı üçün imkanlarını gücləndirir: "SOCAR ilə tərəfdaşlıq bizə Serbiyanın elektroenergetika sisteminin uzunmüddətli dayanıqlığına töhfə verəcək müasir enerji obyektini həyata keçirmək üçün təcrübə və resursları birləşdirməyə imkan verir".

Oxşar xəbərlər

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
Nazir: "Azərbaycan və Serbiya tezliklə Niş yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandum imzalayacaqlar"
Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
Cedoviç-Handanoviç: “Serbiya Azərbaycandan gündəlik 2 milyon kubmetrə qədər qaz tədarükü gözləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər