Avropa Komissiyası: Qaz mənbələrinin şaxələndirilməsi üçün Azərbaycanla tərəfdaşlıq çox önəmlidir
Avropa İttifaqına (Aİ) qaz mənbələrinin şaxələndirilməsi üçün Azərbaycanla tərəfdaşlıq çox önəmlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero jurnalistlərə açıqlamasında deyib.
"Enerjidən daha geniş sahəni əhatə edən bir strategiyamız var. Azərbaycanla bərpa olunan enerji və interkonnektorlar üzrə əməkdaşlığı, eləcə də Aİ-nın karbonsuzlaşdırma prosesinə çatması üçün strateji tərəfdaşlığımız mövcuddur. Biz, həmçinin qaz idxal edirik. Qaz mənbələrinin şaxələndirilməsi bizim üçün vacibdir və Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Yekun olaraq, bizim iki əsas sütunumuz var: Birincisi, təmiz enerji və gələcək qarşılıqlı əlaqələr (interkonnektivlik) sahəsində əməkdaşlıqdır. İkincisi isə hazırda qaz idxalıdır. Aİ-nı Rusiya qazından imtina etmək prosesində dəstəkləmək vacibdir" - o qeyd edib.
Oxşar xəbərlər
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur
Kristina Lobillo Borrero Azərbaycanda səfərdədir
Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
Aİ rəsmisi: Azərbaycan bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaşdır
Avropa Komissiyası: Aİ Azərbaycandan dayanıqlı qaz təchizatına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
