Nazir müavini: Azərbaycan bizi fasiləsiz qaz və digər enerji resursları ilə təmin edir
Azərbaycan Gürcüstanı fasiləsiz olaraq qaz və digər enerji resursları ilə təmin edir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini İnqa Pxaladze bildirib.
"Bildiyiniz kimi, biz Azərbaycanla çox sıx əməkdaşlıq edirik və ölkəmiz təbii resurslara malik olmadığı üçün Azərbaycan bizi fasiləsiz olaraq qaz və digər enerji resursları ilə təmin edir", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda, Gürcüstanı qonşu ölkələrin həyata keçirdiyi böyük strateji layihələrin müzakirəsində və icrasında fəal iştirak edir. Bununla yanaşı, Gürcüstanı qonşu dövlətlərdə bərpa olunan enerji sistemlərinin inkişafını dəstəkləyir ki, ehtiyac yarandıqda onlara elektrik enerjisi tədarük etmək mümkün olsun.
"Digər mühüm istiqamət isə yeni texnologiyaların tətbiqidir. Biz enerji saxlama sistemləri, xüsusilə batareya anbarları kimi innovativ həlləri tətbiq edir və təcrübəmizi bölüşürük. Bu texnologiyalar enerji sisteminin sabitliyi və etibarlılığı üçün olduqca vacibdir. Eyni zamanda, elektrik şəbəkələrini genişləndirir, yeni yarımstansiyalar inşa edirik", - İnqa Pxaladze vurğulayıb.
O əlavə edib ki, Gürcüstan qonşu ölkələrlə əməkdaşlığı genişləndirərək enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyə çalışır. Bu yanaşma həm də Gürcüstanın etibarlı tranzit ölkə kimi rolunu daha da möhkəmləndirir.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyi ilə dayanıqlılıq arasında balans qurur
Nazir müavini: İranda binalar illik ümumi enerji istehlakının 40 faizindən çoxunu təşkil edir
Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır
Bərpa olunan enerji mənbələrinin inteqrasiyasında mənfi təsirlər açıqlanıb
Gürcüstanlı nazir müavini: Azərbaycanla həyata keçirilən yaşıl enerji layihəsi “çox iddialı və strateji əhəmiyyətli”dir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
